Mikayılın verilişi də bağlanır - Qərar

img

23-01-2016 [13:42]


""Space” telekanalında yayımlanan "Sevimli şou”nun yayımı dayandırılacaq”.

Bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, verilişin yaxın müddətdə yayımı dayandırılacaq.

***

"Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir: "Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR