ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Onları buraxmağı məndən xahiş etdilər" - Keçmiş prezidentdən Etibar Məmmədovla Rəhim Qazıyevə "tərs şapalaq" - mia.az
Şriftin ölçüsü / 794 dəfə oxunub

"Onları buraxmağı məndən xahiş etdilər" - Keçmiş prezidentdən Etibar Məmmədovla Rəhim Qazıyevə "tərs şapalaq"

20 Yanvar 2016 [13:56]

"Həbsinə razılıq verməyim barədə Etibar Məmmədovun söylədikləri tam yalandır. Elə bir şey olmayıb, ola da bilməzdi, çünki bu, mənim prinsipimə uyğun deyildi”.

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov deyib ki, Etibar Məmmədov o həbsi KQB-nin həyata keçirdiyini çox gözəl bilir: "Bilmirəm, bu məsələni indi nə məqsədlə gündəmə gətiriblər. Etibar Məmmədov o vaxt bu fikirləri deməklə özünə xal qazanmaq istəyib. Etibar Məmmədov bilir, çox gözəl bilir ki, o həbsi Moskvanın KQB-si həyata keçirib”.

Eks-prezident maraqlı bir məqama da toxunub:

"Respublikada Ali Sovetə seçkilər keçirilməli idi. Rəhim Qazıyevla Etibar Məmmədov seçkidə iştirak edə bilməyəcəklərinə görə narahat idilər. O zaman onların qohumları mənə müraciət etdilər ki, hal-qəziyyə belədir. Onları buraxmağı məndən xahiş etdilər. Mən də dedim ki, çalışaram və çox güman həll edə bilərəm. Həll olundu və ikisi də seçkilərdə iştirak etdi, Ali Sovetin tərkibinə düşdülər. Bundan danışsınlar da. Bu nanəciblər bundan niyə danışmırlar? Bəyan edirəm ki, Ayaz Mütəllibovun respublikanın rəhbər vəzifələrində çalışdığı zamanlarda heç kim cəzalandırılmayıb, heç kimi türməyə basmamışıq. Moskva KQB-sinin həbs etdirdiklərini də buraxdırmışıq. Şəxsən mənim sayəmdə”.

Qeyd edək ki, bu gün mətbuatda AMİP lideri Etibar Məmmədovun "Aydınlıq” qəzetinin 1992-ci il, 17 aprel tarixli buraxılışına verdiyi müsahibə yayımlanıb. Etibar Məmmədov həmin müsahibədə bildirib ki, həbs edilməyi üçün ilk növbədə AXC İdarə Heyətindən, sonra isə Ayaz Mütəllibovdan razılıq alınıbmış.

Xatırladaq ki, Etibar Məmmədov 1990-ci ilin 26 yanvarından 1 noyabrına qədər Moskvanın Lefortovo zindanında məhbus həyatı yaşayıb.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR