ANS baş redaktoru məhkəməyə verdi

img

15-01-2016 [14:33]


ANS teleradio şirkəti AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlunu məhkəməyə verib.

Mia.az xəbər verir ki, bu barədə modern.az saytı məlumat yayıb. Məlumata görə, bu gün Yasamal Rayon Məhkəməsi tərəfindən redaksiyaya göndərilən məktubda ANS-in şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə ittihamı ilə iş qaldırdığı qeyd olunub.

"Məhkəmə fevralın 2-dən başlayacaq. ANS şirkəti hər hansı bir yazı gedən kimi bizi məhkəməyə verir. Lakin niyə məhkəməyə verildiyimizlə bağlı hələki dəqiq məlumatım yoxdur. Güman edirəm ki, son günlər ANS şirkətində kütləvi ixtisarlarla bağlı dərc olunmuş yazılara görədir”- deyə, E. Zahiroğlu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR