Azərbaycan futboluna ağır itki üz verdi

img

08-01-2016 [16:34]


Azərbaycan futboluna ağır itki üz verib.

APA-nın məlumatına görə, tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

Uzun illər "Neftçi”nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra bu gün ömrünün 75-ci ilində dünyasını dəyişib. Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq. 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev "Neftçi” ilə yanaşı, Moskva "Dinamo”su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR