Azərbaycanlı müğənni ağır qəzaya düşdü - Prodüseri öldü

29-12-2015 [14:49]
Azərbaycanlı müğənni Elbrus Canmirzəyev Rusiyada avtomobil qəzası keçirib və prodüseri dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Facebookda müğənninin dostları məlumat yayıb. Məlumata görə, müğənni konsertə gedərkən ağır qəzaya düşüb. Nəticədə E.Canmirzəyev ağır yaralanıb, onun prodüseri Kamran Əmirov isə dünyasını dəyişib.

Müğənni hazırda xəstəxanadadır.


SON XƏBƏRLƏR