Vergilər Nazirliyi Nuranın cəriməsini ləğv etdi

28-12-2015 [14:00]

Vergilər Nazirliyi müğənni Nura Surinin cəriməsini ləğv edib.

Bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb. Müğənni bildirib ki, nazirlik yazdığı ərizəyə müsbət cavab verib: "Bu günüm xoş xəbərlə açıldı. Vergilər Nazirliyinə yazdığım ərizəyə baxıldı və müsbət cavab verildi. Yoxlanıldı və cəriməm ləğv olundu. Şükür, Allah hamının işini avand etsin”.

Xatırladaq ki, müğənni vergi borcuna görə min manat dəyərində cərimələnmişdi.

Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.



SON XƏBƏRLƏR