“Dünyada dərəlbəylikdi, mən 35 mini əlimdə bütöv görməmişəm...” - Cərimələnən müğənni

23-12-2015 [17:18]

"35 min manat cərimə olunduğum barədə jurnalistlərdən məlumat almışam. Mənə yazılan cəriməni görəndə şoka düşdüm. Yəqin onlar elə fikirləşir ki, mən milyanerəm”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında müğənni Səidə Sultan bildirib.

Müğənni cərimələrin tətbiq olunma məsələsini absurd adlandırıb:

"Mən dövlətimi, qanunumu, Azərbaycanımı sevirəm. O demək deyil ki, Vergilər Nazirliyi mənə bu qədər cərimə yazsın. Bu düzgün deyil, absurddur. Buna qanun kimi baxmıram. Qanun o vaxt qanun olur ki, sən düz olursan. Mən inanıram ki, nazirlik bu məsələyə baxacaq. Mən 35 mini əlimdə bütöv görməmişəm. Gərək ümumi 800 min qazanım ki, 4 fazini vergi verim. Dövlətə canım qurban...Bu qanunsuzluqdu, qanun deyilki...Mən buna qanun kimi baxmıram, qəbul etmirəm”.

Səidə Sultan Vergilər Nazirliyinin faktları ortaya qoyacağı təqdirdə cəriməni ödəyəcəyini qeyd edib:

"Dünyada dərəlbəylikdi? Dövlətin adından istifadə edib 35 min alacaqlar? Bu nə dərəcədə doğrudur? Vergilər Nazirliyi əvvəlcədən bu işin təməlini düzgün qurmayıb. Bundan qabaq toyların vız vuran vaxtında nazirlik harda idi? Əvvəlkinə baxanda bir az çətinliyimiz var. Hamımız ölkədə çətinlik çəkirik. Bu toylarda da hiss olunur. Bəlkə də bu Vergilər Nazirliyinin müğənniləri bir silkələməsi idi...Bundan sonra ödəyən ödəyəcək.

Məsələhətim budur ki, nazirlik bütün faktları ortaya qoysun.Deyirlər ki, saraylardakı videokameralarda sənətçilərin toya gəlişini qeydə alırlar. Bəlkə mən dostumun toyuna gəlmişəm? Nazirlik bütün faktları mənə göstərsin, 35 min manatı ödəyim. Mən bu pulu qazanmamışam. Bütün restoranlara öz işçilərini qoysunlar. Onda biləcəklər kim nə qədər qazanır”.



SON XƏBƏRLƏR