MTRŞ-dan ANS-ə şok cərimə - 161 min manat

img

23-12-2015 [17:12]


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Mia.az-a verilən xəbərə görə, iclasda "ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun  tələblərinin pozulması ilə əlaqədar  09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş  və "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş  TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

"ANS ÇM” radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Reklam haqqında” Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar "ANS Müstəqil Yayım və Media Şirkəti”  Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.

Şura iclasında,  həmçinin Space televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişləri  müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanmışdır. Eyni zamanda bu cür verilişlərin  tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilmişdir. Space televiziyasında yayımlanan "Sevimli şou” və "Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin,  proqrama verilmiş tələblərin  pozulduğu nəzərə alınaraq "Space” televiziyasına xəbərdarlıq elan edilib.   


Digər xəbərlər
SON XƏBƏRLƏR