Müğənnilərə vergi cəriməsi tətbiq olunmağa başladı

img

21-12-2015 [15:15]


"1666 manat vergi borcu gəlib mənə də. Allaha and olsun 2004-cü ildən VÖEN hesabım var və vergimi vaxtı-vaxtında ödəyirəm. Vergi ödəyicisi ola-ola məni niyə bu qədər cərimələyiblər bilmirəm”.

Müğənni Əlikram Bayramov açıqlamasında maraqlı məqamlara toxunub. Müğənninin dediklərini öz dilindən təqdim edirik: "Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür bu problem indi aradan qaldırılıb”.

Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: "İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur”, – deyə müğənni iradını bildirib. (big.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub