Azərbaycan “Bala Türkvizyon 2015”-in birincisi oldu

img

16-12-2015 [17:21]


Türk mənşəli xalqların mədəniyyət inciləri silsiləsindən olan "Türkvizyon” öz final turlarına möhtəşəm açılışla start verdi. 

"Türk Müzik Birliyi” Televiziyasının (TMB) təşklatçılğı ilə Türkiyənin İstanbul şəhərində reallaşan bu dəfəki müsabiqənin ilk iştirakçı və qalibləri balacalar oldu. 13 ölkənin təmsilçisi ilə "Bala Türkvizyon 2015” adı ilə keçirilən yarışmada balacaların məsuliyyət və həyəcanları diqqətdən yayınmadı.

Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarusya, İran, Rumınya, Makedoniya, Albaniya və Kosova türklərinin "Bala Türkviyon”-çuları möhtəşəm ifa və səhnə performansları ilə heç də peşəkar müğənnilərdən geri qalmırdı.

Jüri üzvlərinin qiymətləndirməsinə görə Azərbaycan təmsilçiləri Əhməd Əmirli və Nuray Rəhman "Uşaqlıq illəri” mahnısı ilə 115 xalla "Bala Türkvizyon 2015”-in qalibi oldular.

Müsqabiqədə 2 və 3-cü yeri isə 113 xal ilə Qazaxıstan, 112 xalla Gürcüstan iştirakçıları bölüşdülər.
Qeyd edək ki, "Bala Türkvizyon” yarışması Türk ölkələri və Türk mənşəli xalqların ortaq mədəniyyət nümunəsi olan "Türkvizyon” müsabiqəsinin 8-14 yaş qrupu üçün tərtib olunan versiyasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR