"“Bomba"lara hazır olun...” - Xalq artisti

img

10-12-2015 [18:40]


Xalq artisti Aygün Kazımova Yeni il gecəsi ilə bağlı proqramını açıqlayıb.

O, Yeni il gecəsini 31 dekabrda türkiyəli müğənni Çeliklə birlikdə qeyd edəcək. Paytaxtın elit məkanlarından birində baş tutacaq şouda o, həmin günə özəl olaraq hazırlaşdığını bildirib:

"Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. Yeni il gecəsi çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Gecəyə uyğun olaraq xüsusi makiyaj olunacağam. Bundan əlavə, yeni mahnılarım var. Türkiyədə hazırlanıb, hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnılarımı yeni il gecəsi eksklüziv olaraq dinləyəcək. Məni sevənlər bombalara hazır olsun”.

Qeyd edək ki, Çelik və Aygün Kazımovanın konsertinin təşkilatçısı Nahid Emiloğlu, aparıcısı isə Zaur Nəbioğlu olacaq(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR