İTV faciə ilə əlaqədar əyləncəli verilişləri dayandırdı

img

06-12-2015 [12:21]


İTV "Günəşli” yatağındakı faciə ilə əlaqədar ötən gün axşamdan efir proqramına dəyişiklik edib. 

 4 dekabr 2015-ci il tarixində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti ötən gün axşamdan efir proqramına dəyişiklik edərək əyləncəli verilişlərin yayımına fasilə verib. Hər zaman ümummilli məsələlərə böyük hörmət və ehtiramla yanaşan teleradio şirkəti bu dəfə də ənənəsini davam etdirib(aznews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR