Gənc müğənni Mələk həmkarı Elnar Xəlilovla duet ifa etdi

img

02-12-2015 [00:20]


Bakı Musiqi Akademiyasının tələbəsi, Xalq artisti Samir Cəfərovun yetirməsi, bu yaxında bir çox hit mahnıların müəllifi bəstəkar - müğənni Pərviz Mahmudovun musiqisinə, müğənni - söz yazarı Aygün İsmayılovanın sözlərinə səsləndirdiyi "Bədəl" mahnısı ilə gündəmə gəlib, dinləyicilərin sevimlisinə çevrilən gənc müğənni Mələk həmkarı Elnar Xəlilovla duet ifa edib. 

 Sözləri və musiqsi Elnar Xəlilova, oranjemanı Rüstəm Qurbanova məxsus "Yağ ey Yağış" mahnısı sosial şəbəkələrdə maraqla qarşılanıb. Qısa müddətdə mahnı 100.000-ə yaxın insan tərəfindən izlənilib. Mahnının sevildiyini görən duet ortaqları bu yaxında kamera qarşısına keçib, sözügedən mahnının ekran versiyasını hazırlamaq qərarındadırlar. Bu barədə danışan Mələk: "Çox şadam ki Bu aləmdə yeni olmağıma baxmayaraq, səsimi qəbul etdilər. Həm "Bədəl"imi, həm Elnarla olan "Yağ ey Yağış"ımı sevdilər. 

Sosial şəbəkələrdə çox gözəl şərhlər yazdılar, hətta bu duetdən sonra məni Elnarla sevgili də sandılar. Amma əslində belə şey yoxdu, biz Elnarla sənət dostuyuq və duet ifa etmişik, vəssalam! Məni üzən bir məqamda odur ki, ifamı Röya xanıma bənzədirlər, amma mən bu ifadəni qəbul eləmirəm. Röya xanımın sənətinə hörmətim sonsuzdur, sadəcə mənim öz ifa tərzim var, qarışdırmasınlar".



Digər xəbərlər
SON XƏBƏRLƏR