28-11-2015 [22:55]
Noyabrda ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandıran Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovdan xəbər var. Onun vəziyyəti yaxşılaşıb, hazırda müayinəsini palatada davam etdirir.
Mia.az xəbər verir ki, bu barədə ANSPRESS-ə Respublika Yanıq Mərkəzindən bildiriblər.Verilən məlumata görə, Malik Hüseynovun səhhətində son günlər müsbətə doğru irəliləyiş hiss edilib və buna görə də o, palataya köçürülüb: "Düzdür onun yaraları hələ də ağırdır. Ancaq onun yemək yeməsi, su içməsi bərpa edilib. Bütün bu irəliləyişləri nəzərə alan həkimlər onun palataya köçürülməsinə icazə verdi. Onun səhhəti hər gün biraz daha yaxşılaşır".
Xatırladaq ki, noyabr ayının 23-də metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov üzərinə benzin törərək özünü yandırıb.
O, dərhal ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Hadisədən sonra xəsarət alan şəxsin anası Səkinə Hüseynova ANS PRESS-ə müsahibəsində bildirib ki, oğlu özünü banka olan borcunu ödəyə bilmədiyi üçün yandırıb: "Malik bu ilin yanvar ayında morqlardan meyit daşımaq üçün özünə avtomobil aldı. O, həmin maşının sahibinə 9 min manat məbləğində nağd ödəniş edib və qalan məbləği bank vasitəsi ilə ödəməyi qərara alıb. Bunun üçün də "Muğanbank" ASC-dən 5000 manat məbləğində kredit götürüb. Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Ancaq dollar bahalaşmasından sonra ödəniş etməyi bir az çətinləşdi. Son iki ayda isə ümumiyyətlə ödəniş edə bilmədi. Buna görə də, maşın axtarışa verilib".
Ailə başçısının maşını bir neçə gün öncə axtarışa verildiyi üçün o, hətta ailəsinə çörək də ala bilməyib. Ailənin xanımı deyir ki, dəfələrlə, gecə-gündüz demədən bankdan zəng vururdular ki, gətir pulu ödə: "Bütün bunlara görə də, Malik banka gedib və orada Şıxı adında şəxs (soyadını dəqiqləşdirə bilmədik) ona deyib ki, get bildiyini et, amma maşın sənə qaytarılmayacaq. "O, bankdan çıxandan sonra anasına və mənə zəng vurub halallaşdı. Biz ilk başda nə olduğunu anlaya bilmədik. Sonra isə məlum oldu ki, o, özünü yandırıb".
Hadisədən sonra məsələ ilə bağlı "Muğanbank"-dan da açıqlama verilib.
Verilən məlumata görə, onların Malik Hüseynov adında müştəriləri olmayıb.
"Kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə "Muğanbank” ASC-nin Binəqədi filialının qarşısında Malik Abbas oğlu Hüseynov adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Malik Abbas oğlu Hüseynov adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, "Muğanbank” ASC-də Malik Abbas oğlu Hüseynov adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Malik Abbas oğlu Hüseynova məxsus avtomobilin saxlanılmasına dair müraciət edilməyib”, -deyə bankdan bildirmişdilər.
Yanan şəxsin 3 azyaşlı övladı var və onlardan biri xəstədir.
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinin rəhbəri təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"
Şirvanda vətəndaşları aldadan şəxs tutulub - Açıqlama (FOTO)
Azərbaycan nefti ucuzlaşır