Azərbaycan boksçusu Avropa çempionu oldu

img

28-11-2015 [19:04]


Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində finalçılar məlum olub. 

Milli komandamızın iki üzvü həlledici döyüşə vəsiqə qazanıb. Ruslan Rüstəmovun (49 kq) yarımfinaldakı qələbəsi daha parlaq olub. Həmyerlimiz Ermənistan nümayəndəsi Alen Danielyanı məğlub edib - 3:0. Millimizin üzvü finalda irlandiyalı Stefen Makkennayla qarşılaşıb.

Bu dəqiqələrdə mia.az-a daxil olan məlumata görə, Ruslan Rüstəmov rəqibinə qalib gələrək birinci yerə sahib olub və qızıl medalı qazanıb. İdmançımız Azərbaycan bayrağını qaıdıraraq, himnimizin səsləndirilməsinə nail olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR