Ramil Usubov polisin yas mərasimində - Fotolar

img

28-11-2015 [18:09]


Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil UsubovBakınınNardaran qəsəbəsində baş verən hadisələrdə şəhid olmuş polis serjantı İsmayılRəsuloğluTağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib.

Mia.az "Report"a istinadən xəbər verir ki, nazir Ramil Usubovmərhumun yaxınlarına başsağlığı verib.

Mərasimdə qeyd olunub ki, Azərbaycanda xalqına, millətinə sadiq olan insanlar yaşayır. Heç bir qüvvə xalqın birliyini sarsıda bilməz.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə noyabrın 27-də cənub bölgəsinin ruhanilərinin və dindarlarının bir araya gələrək Prezident İlham Əliyevə müraciət ünvanladıqlarını bildirib: "Cənub bölgəsi dindarlarının dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarınıqeyd ediblər".

Qeyd edək ki, 38 yaşlıİsmayıl Tağıyev bu ilnoyabrın 26-daBakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsitərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan iki polis serjantından biridir. Ağır atletika üzrə Avropa çempionu olan İsmayılTağıyev üç övlad atası idi.

II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı iləölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə "Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR