“Jurnalistlər binası”na “kupça” gələn həftədən veriləcək

img

24-11-2015 [13:06]


"Jurnalistlər binası"ndakı mənzillərə çıxarışların verilməsinə gələn həftədən başlanacaq.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

"Müvafiq sənədlər hazırlanacaq və "Kütləvi çıxarış" kampaniyası çərçivəsində çıxarışların verilməsinə başlanacaq. Bildiyiniz kimi bu kampaniya ölkənin bütün regionlarını əhatə edir, hazırda isə proses Bakı rayonlarında gedir", - deyə R. Cəlilov bildirib.
APA.az

Digər xəbərlər
SON XƏBƏRLƏR