“Qələm” Nəşriyyatından uşaqlara xoş xəbər

img

23-11-2015 [12:34]


"Qələm” Nəşriyyatı Azərbaycanda azyaşlı oxucuların öz vaxtını əyləncəli, səmərəli keçirməsi, mütaliə vərdişlərini gücləndirməsi və dünyagörüşlərini artırması üçün kitabların nəşrini davam etdirir. Nəşriyyatımızda bu məqsədlə daha 3 seriyadan kitablar dərc edilərək satışa çıxarılmışdır.

Bunlardan biri "Ninza tısbağalar” seriyasından olan kitablardır. Həmin kitablar uşaqlar üçün əla beyin məşqi sayıla bilər.

Azyaşlıların sevimli qəhrəmanı Kayyunun macəralarını da indi uşaqlarımız öz ana dilimizdə oxuya bilərlər.

Onların daha bir sevimli qəhrəmanı Doranın sərgüzəştləri də "Qələm” Nəşriyyatı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılıb və satışa çıxarılıb.

Bu nəşrlərin hər biri NickeledionChoutte publishing nəşriyyatlarından alınıbdır və onların ölkəmizdə müəlliflik hüququ "Qələm” Nəşriyyatına məxsusdur.

Uşaqlarınızda mütaliə vərdişləri yaratmaq və bədii zövq formalaşdırmaq, onların dünyagörüşlərini genişləndirmək, vaxtlarının səmərəli keçməsinə nail olmaq istəyirsinizsə, "Qələm” Nəşriyyatının nəşrlərini almağa tələsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR