Nazpəri Dostəliyeva od püskürdü: "Bəzi telekanallar ikiüzlülük edir"

18-11-2015 [17:04]
Xalq artisti Nazpəri Dostəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirilib.
Lent.az-ın məlumatına görə, media əhlini salamlayan xalq artisti efirlərdən uzaq düşməsindən danışıb. "Demək olar ki, 3 il ildir qapalı həyat yaşayıram. "ANS” telekanalından başqa Azərbaycandakı digər telekanallara çıxmırdım. Bilmək istəyirəm ki, bunun səbəbi nədir? Məni sevənlərin "niyə efirdə yoxsunuz?" suallarına cavab verə bilmirəm. Elə ona görə də bu gün media əhlini bir araya yığdım ki, bu məsələni çözək. Mənim efirə çıxmamağıma səbəb olan bəzi məmurlardır. "ANS” telekanalı bəzi telekanallar kimi ikiüzlülük etmədi. Başqa telekanallar soruşursan, deyirlər, qadağa yoxdur. Əgər qadağa yoxdursa, niyə məni efirlərə çağırmırlar. Bu gün bu mətbuat konfransına bir çox sənətkarlar təşrif buyurmaq istəyirdilər. Amma buna özüm razı olmadım. İstədim ki, öz problemimi özüm çözəm".
N.Dostəliyeva bildirib ki, onu haqsız olaraq 25 min manat cərimələyiblər: "Həmin məhkəmə proseslərində haqsız yerə 25 min manat ödədim. Bütün bunlara göz yumdum. Məni yaraşmaz ki, kiminsə adını çəkim. Söylədilər ki, Avropa məhkəməsinə müraciət edim. Amma bunu eləmədim. Hər zaman problemi özüm çəkmək istəmişəm. Heydər Əliyev də mənim sənətimi həmişə qiymətləndirib. Daima bunu gizlətmişəm, amma indi açıq şəkildə deyirəm"
Xalq artisti daha sonra Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin oğlunun toy mərasimində iştirakından danışıb: "O da Azərbaycan balasının toyu idi, getdim iştirak etdim. Həmin toyu isə bu qədər şişirtdilər".


SON XƏBƏRLƏR