Cəlilabadda gənclər seçkinin nəticələrini müzakirə ediblər

img

17-11-2015 [14:09]


"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə "Gənclərin seçkilərlə bağlı maarifləndirilməsi və aktivliyinin artırılması” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Cəlilabad rayonunda baş tutub. 30-dan artıq gəncin qatıldığı tədbirdə 1 noyabr parlament seçkilərinin nəticələri müzakirə olunub.

"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə, "Ruh” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov və seçki məsələləri üzrə ekspert Teyyub Mirqasımov çıxış edərək, parlament seçkilərinin cəmiyyətin həyatındakı rolundan danışıblar. Ölkə gənclərinin 1 noyabr seçkilərində yaxından iştirakı müsbət hal kimi qiymətləndirilib. Sonra natiqlər tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR