Mingəçevir Dövlət Dram Teatrında “Təbəssüm” tamaşası

img

12-11-2015 [17:17]


Noyabrın 11-də Mingəçevir şəhərinin yaranmasının 67-ci ili tamam olur. Bu münasibətlə Mingəçevir Dövlət Dram Teatrında "Təbəssüm” tamaşasının daxili baxışı keçirildi. 

Əşrəf Əsgərovun yazdığı, xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi "Təbəssüm” tamaşası məhz 11 noyabrda Mingəçevir şəhərinin yaranmasının 67-ci ildönümünə həsr olunub. Tamaşaya Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyəti gəlmişlər. Tamaşaçıların böyük marağına səbəb olan "Təbəssüm” tamaşası Mingəçevirin 80-90-cı illərini əks etdirir.

Tamaşadan sonra şəhər İH başçısı teatrın yaradıcı heyəti ilə görüşdü. Aktyor truppasını təbrik edən icra başçısı öz tövsiyyələrini bildirdi və bundan sonra bütün yeni tamaşaların premyerasına gələcəyini dedi.

Qeyd edər ki, hazırda Mingəçevir Dövlət Dram Teatrında dörd tamaşanın məşq prosesi gedir. İlqar Fəhminin "Son reportaj”, Xanirə Röyanın "Xalidənin taleyi”, Pərvinin "Dəcəl keçi” əsərlərinə Bəhram Osmanovun quruluşunda eyni adlı tamaşalar hazırlanır. Hər üç tamaşa noyabr ayının sonuna qədər tamaşaçıların ixtiyarına veriləcək. "Son reportaj" tamaşasında Akif Mirabov (əməkdar artist) Şıxı Yaqubov,Asim Əmirov,Firuz Hacıyev rol almışdır. "Xalidənin taleyi" tamaşasında Afət Əliyeva,Qabil İbrahimli,Fəridə Məmmədova,Asim Məmmədov,Ruhəngiz Abdullayeva,Elmira İbrahimova,Ceyhun Əhmədov,və Aydın Quliyev rol almışdır. "Dəcəl keçi" tamaşasında Aytən Allahverdiyeva,Leyla Cavadova,Ella Yaqubova(əməkdar artist)Asim Məmmədov,Firuz Hacıyev,Eyvaz Əliyev və Amil Fərzəliy rol almışdır. Həmçinin Cavid Atayın "Pusquda” əsərinə rejissor Xəzər Gəncəli eyni adla tamaşa hazırlayır. "Pusquda" tamaşasında İlqar Rəhimov,Aydın Quliyev,Hüseyn Mustafayev rol almışdır. Böyük əzmlə çalışan Mingəçevir teatrının truppası bu dörd tamaşa ilə tamaşaçıların sevindirəcəklərinə əmindirlər


Digər xəbərlər
SON XƏBƏRLƏR