MTRŞ-dan dörd televiziya kanalına ciddi irad

img

11-11-2015 [18:07]


Milli Televiziya və Radio Şurası (MTRŞ) bir necə televiziya kanalına reklam fəaliyyəti, sponsorluq təqdimatı ilə bağlı qanun pozuntularına yol verdiyinə görə ciddi irad bildirib. 

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, "Xəzər" TV, "Lider" TV və "Region" TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib. Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR