Turk jurnalist Dundar Kesapli Romada onemli mukafata layiq gorulub

img

06-11-2015 [16:31]


Uzun illərdir İtaliyada yaşayan türk jurnalist, İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin həmsədri Dündar Keşaplı, ənənəvi olaraq keçirilən "Roma Sette colli”nin ilin ən yaxşı xarici jurnalisti mükafatına layiq görülüb. 

Romanın məşhur idman, sənət, iş, moda sənət və mədəniyyət xadimlərinin qatıldığı mükafatlandırma mərasimində 27 il İtaliyada yaşayan və fəaliyyətini davam etdirən Dündar Keşaplının yazdığı xəbərlərin həm İtaliyada, həm də Türkiyədə gündəm yaratması yüksək dəyərləndirilib. Mükafatı məşhur film ulduzu Demetra Hampton təqdim edib. Mərasimdə çıxış edən Dündar Keşaplı deyib: "Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Müvafiq istiqamətdə hər zaman yüksək səviyyədə fəaliyyət göstərməyə çalışmışam. İtaliya futbolu ilə bağlı xəbərləri ən operativ və düzgün şəkildə təmsil etdiyim təşkilatlara çatdırıram. Bu mükafatı mənə layiq görən münsif üzvlərinə minnətdaram”. Dündar Keşaplı bu mükafatın İtaliyadakı uğurlu karyerasına böyük töhfə olduğunu, bundan sonra daha böyük həvəs və istəklə çalışacağını bildirib. Tədbirdə İtaliyanın futbol klubu "Roma”nın əfsanəvi komanda kapitanı Cüzeppe Ciannini "Roma Settecolli Qızıltop" mükafatına, "Lazio”nun əfsanəvi kapitanı Pino Uilson "Unudulmaz” mükafatına layiq görülüblər. Mərasimdə film ulduzları Demetra Hampton, Nadia Rinaldi, Maria Loch, müğənni Qazebo, "Roma”nın və "Lazio”nun köhnə məşhur oyunçuları qatılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR