05-11-2015 [17:30]
Bu hadisəni mənə Nərimanov rayon Məhkəməsində çalışan hakim dostlarımdan biri danışıb. Dediyinə görə, məhkəmə MTN-in keçmiş idarə rəislərindən biri haqda 3 aylıq həbs qərarı çıxarandan sonra polis əməkdaşları onun qoluna qandal taxmaq istəyiblər. Bu vaxt sabiq rəis onların üstünə qışqırıb: "Serjant, hərəkətlərinə fikir ver, mən generalam!”
Gənc çavuş analoji vəziyyətlə tez-tez qarşılaşdığı üçün özünü itirməyib: "Mən əmrə tabeyəm”.
Halbuki özünə general deyib sinəsinə döyən adam başa düşməliydi ki, polis işçisi öz vəzifə borcunu yerinə yetirir, ona təzyiq etməyə lüzum yoxdur. Aydın məsələdir ki, qanunvericilikdəki bu müddəadan həmin generalın da xəbəri var. Amma təkəbbürü üzündən bu cür davranıb. Bəlkə mən də çiyinlərimdə layiq olmadığım general ulduzları daşısaydım, bu cür hərəkət edərdim...
MTN-də aparılan həbslər bir çox qaranlıq məqamlara işıq saldı. Polis ötən ayın 19-dan bəri MTN generallarını həbs etsə də, hələ də bu adamların axırına çıxa bilməyib. İlahi, bir nazirlikdə nə qədər general olar?! Eldar Mahmudov gizləndiyi hücrədən bayıra çıxmalıdır. O, təkcə qanunsuz əməllərinə görə deyil, həm də bu cür yaramaz adamların general ulduzları daşımasına şərait yaratdığı üçün cavab verməlidir.
Sovet dövründə bir qohumum Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifədə çalışırdı. O, ədəbiyyatı ədəbiyyatçıdan, tarixi tarixçidən yaxşı bilirdi. Son dərəcə mədəni, təvazökar insan idi. Həmin vaxt birinci katib, prokuror, milis rəisi rüşvət alsa da, biz yaxınları qohumumuzun haram tikəyə əl uzatmasını ağlımızın ucundan da keçirmirdik. Həmin mədəni qohumumuzun və onun özü kimi səviyyəli, bacarıqlı iş yoldaşlarının sayəsində adı indi də qorxu ilə çəkilən "KQB” rüşvət bataqlığında çabalayan SSRİ-nin ən elitar qurumuna çevrilmişdi.
Sonra nə baş verdi? Eldar Mahmudov nazir postuna təyinat alandan qısa müddət sonra MTN rüşvət yuvasına çevrildi. Təcrübəli çekistləri əvəzləyən keçmiş "oboxeis”lər var-dövlət qazanmaq ehtirası ilə təhlükəsizlik orqanlarını işgəncə yuvasına döndərdilər. Biz MTN-dən Yerevanda iğtişaş törədib, düşmən ölkəni xaosa sürükləməyi gözlədiyimiz halda onlar Bakıda sahibkarlara qan uddurmağa girişdilər. Ortadakı faktların yarısı belə bu adamların üzünə tüpürməyə əsas verir. Bir dəfə yazmışam, amma növbəti dəfə təkrarlamaqda zərər görmürəm: ötən 11 ildə biz ancaq Allahın mərhəməti sayəsində sağ qalmışıq. Eldar Mahmudovun başı reketçilik edib, pul qazanmağa qarışanda bizi xəta-bəladan Yaradan özü hifz edib.
P.S.Həmin polis çavuşunun yerinə olsaydım, general olduğunu gözə soxan keçmiş rəisə belə deyərdim: "Sən general yox, gədasan. Əsl general kasıb ticarətçini zirzəmiyə salıb, ondan 200 manat rüşvət almağı ləyaqətinə sığışdırmaz”.
P.P.S.General olmaq asandır, amma general kimi yaşamaq çətindir. General kimi yaşamağı bacarmayanlar məhbus ömrü sürməyə layiqdirlər...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"