“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” - İlhamə gecə qadınlarla "toqquşdu"

16-10-2015 [12:23]

Oktyabrın 15-i, saat 02:00-da xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb. 

Azərfax xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu "Hunday Sonata” markalı avtomobillə, içərisində iki xanım olan "Şevrolet” markalı avtomobil üz-üzə gəlib. İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: "Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?”.

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. İttiham tərəflərindən biri - "Şevrolet”in sərnişini də İlhamə xanımın ona xələl yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. 

Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf "102” polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar. 



SON XƏBƏRLƏR