İTV-də yeni depertament yaradıldı

img

12-10-2015 [13:28]


İctimai Televiziya və Radio Yayımları Şirkətində struktur dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, İTV-in ləğv edilmiş Film və Dublyaj Departamenti bərpa edilib. Axundov Məmmədbağır Qılman oğlu yeni yaradılmış Kino və Dublyaj departamentinin rəhbəri təyin edilib
Qeyd edək ki, M.Axundov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətini uzun illər Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində davam etdirib. 2005-ci ildən İctimai Televiziyada çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR