Ağdamda seçki saxtakarlıqları başladı

img

09-10-2015 [23:23]


Ağdam rayon icra hakimiyyəti YAP-ın namizədi Bəxtiyar Sadıqovun idarə və məktəblərdə məcburi görüşlərini təşkil etməyə başlayıb.

Mia.az-a daxil olan məlumata görə, oktyabrın 10-da saat 11-də Mexaniki Suvarma İdarəsində, saat 15-də isə məcbiri köçkünlərin məskunlaşdığı Bənövşələr qəsəbəsindəki məktəbdə Bəxtiyar Sadıqovun görüşlərinin keçirilməsi üçün məmurlar hərəkətə keçiblər. Bütün bunlar Seçki Məcəlləsinə zidd olaraq, dövlət resurslarından istifadə etməklə həyata keçirilir. Büdcə təşkilatlarının kollektivləri ilə görüşü seçicilərlə görüş kimi təqdim etməyə və bununla Bəxtiyar Sadıqovun seçicilər arasında dəstəyə malik olması görüntüsü yaradılmağa çalışılır. Bu məsələdə maraqlı məqam hm dəondan ibarətdir ki, bundan əvvəlki parlament seçkisində Bəxtiyar Sadıqov belə görüşlərə də ehtiyac görməmişdi.

Görünür, Bəxtiyar Sadıqovu bu addıma atmağa vadar edən ciddi səbəblər var. Buna görə də Seçki Məcəlləsinin ziddinə olaraq büdcə təşkilatlarının resurslarından istifadə etməklə, həmin təşkilatların inzibati binalarında görüş təşkil olunur. Bu məqam əslində Bəxtiyar Sadıqovun fərdi qaydada görüş təşkil etməkdən çəkinməsini göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR