"Mən siyasətə gələcəm və siyasətə yeni rəng qatacam” - Elza meydan oxudu

img

09-10-2015 [17:29]


Namizədliyi qeydə alınmayan əməkdar artist Elza Seyidcahanın seçkilər barəsində verdiyi ilginc açıqlama gündəmin müzakirə mövzusuna çevrilib. 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, əməkdar artistə qarşı təzyiq və təhdidlərin edilməsi yalnız bəhanədir. Siyavuş Novruzovun sözlərinə görə dəfələrlə YAP tərəfindən Elza Seyidcahana partiyanın üzvi kimi namizədliyini geri götürməsi məsləhət olunub, lakin o buna əhəmiyyət verməyərək özü tərəfindən namizədlyini irəli sürüb və məhz imza toplaya bilmədiyi üçün qeydiyyata alınmayıb. 

Mia.az xəbər verir ki, əməkdar artist isə "Yeni Müsavat”a açıqlamasında bildirib ki, uzun illər YAP-a sığınıb, onun ədalətinə inandığı üçün siyasətə gəlmək arzusunda olub: 

"YAP yarandığı gündən mən onun üzvü olmuşam, mən bu partiyaya sıravi əsgər kimi xidmət göstərmişəm. Hətta mən bu partiyaya himn də bəstələmişəm, inşallah, bu yaxınlarda onu da təqdim edəcəyəm. Doğrudur, mən sənədlərimi bitərəf olaraq təqdim etmişdim. Çünki partiyanın bildiriş vərəqəsi tələb olunurdu. Həmin vaxt bildiriş vərəqəm olmadığı üçün və vaxt itirməmək məqsədi ilə bitərəf kimi namizədliyimi irəli sürdüm. YAP-ın üzvü olmasam belə onun işığı hər zaman mənim qəlbimdə parlayacaq. Siyasətdə udmağı da, uduzmağı da bacarmaq lazımdır. Lakin məni saxtakarlqıdda ittiham etmək haqsızlıqdır. Məni təhdid edən insanların adını açıqlamaq isə  mənim üçün gec deyil”. 

"Müxalif partiyanın üzvü olmaq istərdinizmi?” sualımızı Elza Seyidcahan bu cür cavablandırdı:  "Mən YAP-dan başqa heç bir partiyanın üzvü olmaram, xüsusən də müxalif. Siyasəti şoulaşdırmaq olmaz. Mən siyasətə gələcəm və siyasətə yeni rəng qatacam”.

Qeyd edək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahanın deputatların 3 ay bundan əvvəl təsdiq olunması barədə "Yeni Müsavat”a verdiyi açıqlaması mətbuatda geniş əks-səda doğurmuşdu. Əməkdar artist namizədliyini irəli sürdüyü dairədən ona kimlərin deputat olacağı ilə bağlı siyahının göstərildiyini, bu səbbədən məcburi surətdə namizədliyini geri götürməsi üçün ona qarşı təzyiqlər olduğunu bildirmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR