Səhiyyə müəssisələri özəlləşdirilə bilər

img

09-10-2015 [12:48]


Dövlət səhiyyə müəssisələrinin özəlləşdirilməsi təklif olunur.

ANS TV-nin məlumatına görə, ekspertlər düşünür ki, dövlət tibb ocaqları özəlləşsə, büdcəyə 100 miyonlarla manat vəsait gətirər. Üstəlik dövlət, xəstəxana, poliklinika və ambulatoriyaları saxlanmaq xərclərindən azad ola bilər. Bu vəsait isə nə az nə çox yarım milyard manat civarındadır.

Məsələn 2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 744, 9 milyon manat vəsait nəzərdə tutulub. Cari illə müqayisədə 0,9 faiz çox. Bunun təkcə 460 milyon manatı xəstəxana, poliklinika və ambulatoriyaların saxlanmasına sərf olunacaq. Digər xərclər, təmir və s məsələlərə, əlavə vəsait cəlb ediləcək. Özəlləşdirilsə, bu qədər vəsait büdcədə qala, üstəlik belə müəssisələr dövlətə vergi ödəyərək əlavə pul gətirə bilərlər. Dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində ödənişli xidmət 2008-ci il fevralın 1-dən ləğv edilib. Ekspertlər düşünür ki, qərar işləmədiyi təqdirdə özəlləşməyə gedilə bilər.

Ekspert Vüqar Bayramov bildirib ki, aparılan monitorinqlər vətəndaşların pulsuz səhiyyədən istifadə etmək imkanın olmadığını göstərir. Buna görə qanunvericilikdə boşluq var. Əgər səhiyyə müəssisələri pulsuzdursa onda nəyə görə icbari sığorta təklif olunur.

Xüsusilə öz-özünü təmin edə bilməyən, doğrultmayan, problemli, saxlanılması daha çox xərc aparan tibb müəssislərinin özəl sektora verilməsi mümkündür. Bu təklif bu günlərdə büdcəyə əlavə vəsaitlərin daxil olması imkanlarının müzakirəsi zamanı gündəmə gətirildi. Lakin maliyyə naziri Samir Şərifov təklifi dəyərləndirməyə tələsmir. O düşünür ki, bu məsələni qiymətləndirmək və təklifi dəyərləndirmək hələ ki tezdir.

Hər il təkcə xəstəxanaların yeni avadanlıqlarla təchizatına, təmir-tikintisinə dövlət büdcəsindən əlavə, prezidentin ehtiyat fondundan milyonlarla vəsait ayrılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR