Elza Seyidcahanın namizədliyi qeydə alınmadı

08-10-2015 [16:05]

Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınmayıb.

Mia.az xəbər verir ki, bu barədəazvision.az -a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.

Onun sözlərinə görə, E. Seyidcahanın sənədlərində uyğunsuzluq olduğu üçün namizədliyi qeydə alınmayıb.

Qeyd edək ki, bəstəkar-müğənni mətbuata açıqlamasında namizədliyi üçün 10 min səs topladığını bildirmişdi. Bu xəbər qalmalaqla səbəb olmuşdu. DSK müğənnini təkzib edərək bunun mümkün olmadığını açıqlamışdı.

Məsələ ilə bağlı açıqlama verən Elza Seyidcahan namizədliyinin qeydə alınmamasından xəbərsiz olduğunu deyib. Əməkdar artist bildirib ki, bu barədə DSK tərəfindən ona məlumat verilməyib.



SON XƏBƏRLƏR