Zeynal Məmmədlidən Milli Teleradio Şurasına İTTİHAM

img

08-10-2015 [11:26]


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanallar, xüsusən də ANS-lə bağlı kəskin fikirlər səsləndirib. Onun "ANS Azərbaycan efirində ilk pornoqrafik film yayan,… cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən kanalıdır və bu onun sifətidir.

Yeri gələrsə, bəzi telekanallardan bütövlükdə xilas olacağıq, qoy, Azərbaycanda 10 yox, 6-7 kanal olsun” fikri Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının taleyini sual altına qoyur. Doğurdanmı, müşahidə olunan proses kanalların qapadılması ilə nəticələnə bilər?

Media eksperti Zeynal Məmmədli Modern.az saytına deyib ki, MTRŞ-nın ümumi vəziyyətə nəzarət etməsi onun səlahiyyətləri daxilindədir:

"Teleradio Şurası telekanallardakı vəziyyətə diqqət yetirməlidir. Qurumun cərimələmək, töhmət vermək və digər hüquqları var. Ümumi baxanda şuranın addımlarında təəccüblənməli heç nə yoxdur, öz işini görür. Burada diqqət çəkən məqam zamanlama məsələsidir. Bu, niyə məhz seçkilər ərəfəsinə təsadüf etdi?

Nəzərinizə çatdırım ki, haqqında qərar çıxarılan verilişlərin yayımı 1 ay müddətinə dayandırılıb. Bu müddət isə çox böyük "təsadüfdir” ki, seçkilərlə üst-üstə düşüb... İstər-istəməz belə sual ortaya çıxır: "Niyə?” Çünki həmin verilişlər cəmiyyəti əks etdirirdi. Oradakı mənzərə tamaşaçını neqativ əhvala kökləyirdi. Bunlar mənim subyektiv fikrimdir”.

Ekspert qeyd edir ki, bu gün televiziyalar cəmiyyətdə baş verən hadisələri tam əks etdirə bilmir: "Efirdə cəmiyyətdə baş verənləri tam görə bilmirik. Həyatın nəinki dolğun, heç səthi nüansı da əks olunmur.

Niyə MTRŞ televiziyaları məhz bu məsələlərlə bağlı tənbeh etməyib? Bu cərimələr sonradan nəyə yönələcək? Bu da sual altındadır”. Mütəxəssis hesab edir ki, cəza kəsilmədən öncə məsələlər ciddi araşdırılmalı idi:

"MTRŞ-nın fəaliyyətində ciddi araşdırılma görünmür. Ona görə də cəzaların nə dərəcədə təsirli olacağı sual doğurur. Proses teleproqramların nə dərəcədə peşəkarlaşmasına, cəmiyyətin beynindəki sualları cavablandırmasına yardımçı olacaq? Bu, maraqlıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR