Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi ​DSMF-ni məhkəməyə verib

img

08-10-2015 [10:27]


"Dalğa" Elmi-İstehsalat Müəssisəsi (EİM) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamentini məhkəməyə verib.
"Report"un xəbərinə görə, EİM iddiaçıya hesablanmış borcun əsassız sayılaraq ləğv edilməsi tələbini irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin təməli 1936-cı ildə qoyulub. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti isə 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR