Bakının girişində güclü tıxac

img

08-10-2015 [10:25]


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaşanır.

AzVision.az xəbər verir ki, ötən gün baş verən sürüşməni aradan qaldrımaq üçün kompleksin qarşısında təmir işləri getdiyindən Bakı-Sumqayıt şosesinin Bakı şəhəri istiqamətində avtomobil sıxlığı yaranıb.

Tıxac DYP-nin Ekologiya postundan başlayır. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, ötən gün Avtovağzala yaxın yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə çatlar yaranıb, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR