Bank sektorunda böhran dərinləşir: Filiallardan sonra növbə baş ofislərə çatdı

img

08-10-2015 [08:55]


Son vaxtlar maliyyə problemləri ilə gündəmdə olan daha bir bankın İdarə Heyətinin sədri dəyişib.

Mia.az xəbər verir ki, anspree-in qaynar xəttinə daxil olan şikayətlərdə həmin banka əmanət qoyan insanlar əmanətlərini geri götürə bilmədiklərini bildirirdilər. Səbəb olaraq bankın maliyyə çətinlikləri göstərilirdi.

Bundan əvvəl də bir sıra bankların rəhbərliyi dəyişib. Azərbaycan Beynəlxalq Bankında dəyişikliklə bağlı maliyyə naziri Samir Şərifov da çıxış edərək keçmiş bank rəhbərliyinin ciddi səhvlərə yol verdiyini etiraf etmişdi.

Ümumiyyətlə, Azərbaycan manatının devalvasiyasından sonra problemli kreditlərin artması nəticəsində bir çox kommersiya banklarında, eyni zamanda bank olmayan təşkilatlarda maliyyə problemləri yaşanıb.


Əhalinin 2015-ci iln uyğun aylarında banklardakı əmanətləri (milyon AZN)

Bununla əlaqədar bir sıra kommersiya bankları müxtəlif yollarla xərclərini azaltmağa çalışırlar. Belə ki, bəzi banklar bir neçə filialını bağlayıb. Hətta bəzi kommersiya təşkilatları bunu xərcləri azaltmaq, maliyyə çətinliyi dövründə rəqabətlilik qabiliyyətini qoruyub-saxlamaq üçün etdiklərini də etiraf edib.

Mərkəzi Bankın İdarə Heyətinin keçmiş sədri, iqtisadçı Cavanşir Abdullayevin fikrincə, maliyyə təşkilatlarındakı bu dəyişikliklərin səbəbi müxtəlifdir. "Qanunvericiliyə görə, idarə heyətinin üzvləri, sədrlər 4 ildən bir təyin edilməlidir. Müddət başa çatanda qiymətləndirmə aparılır və əgər fəaliyyəti qane edirsə, o, vəzifəsində saxlanıla bilər. Lakin qane etmədiyi halda həmin vəzifəyə başqası təyin edilir", - deyən bank sahəsi üzrə mütəxəssis yeni təyinatın problemlərlə əlaqəli ola biləcəyini də istisna etmir.

Ümumiyyətlə, devalvasiyadan sonra insanların ödəmə qabiliyyəti aşağı düşdüyündən problemli kreditlərin sayı artıb. Bu, bir yandan da cəlb edilən yeni müştərilərin sayının azalmasına səbəb olub.

Bir sözlə, problemli kreditlərin sayı artır, bankların gəliri azalır. Maliyyə təşkilatları həmin çətinlikləri həll etmək üçün müxtəlif yollar axtarırlar. Odur ki, atılan hər bir addım, edilən hər bir dəyişiklik yaranan çətinliklərin aradan qaldırılması üçündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR