07-10-2015 [13:01]
"Televiziya kanallarının çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik”.
"Qafqazinfo" xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular seçilib: "Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik yoxdur”.
MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi: "Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq. Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi gözləmirdik”.
N. Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə bu addım atılıb.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb