05-10-2015 [17:40]
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "ANS” televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.
"Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq "ANS Müstəqil Yayım və Media Şirkəti”nə "ANS” televiziyasının efirində 01.10.2015-ci il tarixdə saat 16:20-19:00 arası yayımlanan "Sən tək deyilsən” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Sən tək deyilsən” verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan "Xoşqədəmlə axtarıram səni” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan” verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan” verilişinin 02.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Salam Azərbaycan” verilişinin 03.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 05.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Şokolad” verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, "Şokolad” verilişinin 21.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilmişdir.
Eyni zamanda "ANS” televiziyasının efirində yayımlanan "Salam Azərbaycan” proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, "ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan "Salam Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda yayımı dayandırılmış "Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edilib.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb