Daha bir jurnalist prokurorluqda dindirildi

img

28-09-2015 [17:46]


"Azadlıq” radiosunun əməkdaşı, jurnalist İslam Şıxəli bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Bu barədə virtualaz.org saytına jurnalistin özü məlumat verib. İ.Şıxəli "Meydan” TV-nin işi ilə bağlı aparılan araşdırmaya görə dindirildiyi deyib: "Mənə "Meydan” TV ilə bağlı suallar verildi. Soruşdular ki, "Meydan” TV ilə kimin əməkdaşlıq edib-etmədiyini bilirəmmi. Daha sonra "Azadlıq” radiosu, mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular”. Qeyd edək ki, sentyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşları İslam Şıxəlinin yaşadığı mənzildə axtarış aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR