Baloğlan Əşrəfov qəzaya düşdü

img

26-09-2015 [15:21]


Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.

Hadisəylə bağlı informasiyanı Trendə qəza şahidləri veriblər.

Trendin əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trendə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: "Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR