Bakıda nazir qızı yeni sərgi təşkil edlədi- Fotolar

img

24-09-2015 [14:42]

YARAT Müasir İncəsənət Mərkəzi "Ürək tənha ovçudur” (The Heart is a Lonely Hunter) adlı qrup sərgisini təqdim edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, sərgiyə YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən "New Museum”un nəzdində fəaliyyət göstərən "Rhizome” təşkilatının bədii rəhbəri Maykl Konnor kuratorluq edirlər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı, baş kurator Suad Qarayeva çıxış edib:

"YARAT Müasir İncəsənət Mərkəzində biz mühüm və ən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün çalışırıq. "Ürək tənha ovçudur” sərgisi incəsənətin xüsusi istiqamətini – post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir”.

Suad Qarayeva əvvəllər Londonun "Sotheby's”in Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. O, 2013 və 2014-cü illərdə Qafqaz və Mərkəzi Asiyanın müasir incəsənətini təqdim edən, ilk dəfə keçirilən "At the Crossroads” ("Yolların kəsişməsində”) adlı sərgilərə rəhbərlik edib. S.Qarayeva, həmçinin Londonda yerləşən "Tate Modern” müasir incəsənət qalereyasında Rusiya və Şərqi Avropa üzrə Nəzarət Komitəsinin üzvüdür.

YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin adı - "Ürək tənha ovçudur” Karson MakKalersin ABŞ-ın cənub ştatı olan Corciyada yerləşən kiçik şəhərcikdəki həyat haqqında 1940-cı ildə yazdığı romanından götürülüb.

Sərgidəki əsərlər, həmçinin normal bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək kadrdan kənara çıxmasının yollarını əks etdirir.

"Ürək tənha ovçudur” adlı qrup sərgisi 2016-cı il yanvarın 9-dək davam edəcək.

Bakıda nazir qızının baş kuratorluğu ilə yeni sərgi  -  Fotolar

Digər xəbərlər
SON XƏBƏRLƏR