Gənclər təşkilatı Şəkidə tədbir keçirib

img

23-09-2015 [13:02]


Şəkidə gənclərin seçkilərlə bağlı maarifləndirilməsi və fəallıqlarının artırılmasına yönəlik tədbir təşkil olunub.

"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin seçkilərlə bağlı maarifləndirilməsi və aktivliyinin artırılması” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində Şəki şəhərində bir qrup gəncin iştirakı ilə tədbir keçirilib.

"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə parlament seçkilərinin cəmiyyətin həyatındakı rolundan danışıb. Qeyd edib ki, seçkilərin azad və ədalətli keçirilməsi vətəndaşların iradəsindən asılıdır. S.Verdizadə gəncləri noyabrın 1-də baş tutacaq parlament seçkilərində aktiv iştirak etməyə səsləyib:

"Seçki demokratik, hüquqi dövlət quruculuğunda son dərəcə önəmli prosesdir. Bu prosesdə hər bir şəxsin iştirakı və mövqeyini ortaya qoyması mütləqdir. Seçki həm də bir sınaqdır.

Beynəlxalq ictimai rəy bizi necə görmək istəyir? Məlumdur ki, baxışlar birmənalı deyil. Ölkəmizə qarşı müəyyən təzyiq elementlərini işə salan qüvvələr var. Bizlər seçki mütəşəkkilliyimizlə bu kimi mənfi meylləri heçə endirməliyik”.

Layihənin eksperti Teyyub Mirqasımov tədbir iştirakçılarını seçki prosesinə dair yerli və beynəlxalq qanunvericiliklə tanış edib. Bildirib ki, seçki günü və ya ondan əvvəl 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının səsvermə hüququ var. Səsvermənin gizli keçirildiyini vurğulayan ekspert seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmək hüququna malik olduqlarını deyib.

Sonda tədbir iştirakçılarından Tural Salamov, Arzu Vəlibəyova, İlqar İlyaslı, Mehman İsmayılov və başqaları qarşıdan gələn parlament seçkiləri ilə bağlı öz fikirlərini bölüşüblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR