Kübra Əliyevanın oğlu həbsxanada öldü

img

22-09-2015 [12:46]


Azərbaycanın xalq artisti Kübra Əliyevanın həbsdə olan oğlu ölüb.Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun APA-ya verdiyi məlumata görə, müalicə müəssisəsində müalicə olunan Rauf Məmmədov sentyabrın 21-də vəfat edib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Rauf Məmmədov 2010-cu ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, R. Məmmədov aptekə daxil olaraq orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirib. Daha sonra kassa aparatından 505 manat pul aparıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.
O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR