Xalq artisti İlham Əsgərov qəflətən dünyasını dəyişib

img

07-09-2015 [00:02]


Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.
Bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:

"Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR