Xalq artistinin vəziyyəti yenidən ağırlaşıb

img

03-09-2015 [10:32]


Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşıb. O, komaya düşüb

Bunu anspress-ə kaman ustasının qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, atasını gecə saat 03 radələrində şiddətli ağrılar tutub və buna görə də danışmağı və nəfəs alması çətinləşib.

"Atam hazırda evdə müayinə edilir. Lakin vəziyyəti tamamilə ağırdır. Artıq xəstəxanaya da getmək istəmir. İstəyirik ki, son anlarını bizimlə keçirsin", - deyə Vəfa Əliyeva bildirib.

Hazırda Mərkəzi Klinik Xəstəxananın həkim kollektivi sənətkarın evində müayinə aparır.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR