Azərbaycanda polis nişanlı qızı qaçırdı - Şok

img

02-09-2015 [15:50]


Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı nişanlı qızı qaçırıb. Axar.az-a verilən məlumata görə, rayonun Zeyvə kənd sakini, polis serjantı Röyalla qız toyu olmuş Nazilə (ad şərtidir) qoşularaq qaçıb. Ailəsi Röyalın bu qərarı ilə razılaşmasa da, polis serjantı qızla rəsmi evlənib və toy çaldırıb. Şabran RPŞ-dən əməkdaşımıza bildirilib ki, şöbədə Röyal adlı polis əməkdaşı işləyir, ancaq qız qaçırması haqda onlara hər hansı şikayət daxil olmayıb. Azərbaycanda qızların toyqabağı və toy günü sevdiyi oğlana qoşulub qaçması nadir hadisə deyil. Psixoloqlar bunu ailənin gənc qızların həyatına edilən müdaxilənin nəticəsi sayırlar və hesab edirlər ki, qızın razılığının əsas götürülməməsi sonradan belə hadisələrə yol açır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub