Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildi

img

01-09-2015 [16:34]


Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə Strateq.az-a hakmiyyətə yaxın mənbələrdən daxil olan məlumatda bildirlir.Prezidentin digər sərəncamı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib.

Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.


Digər xəbərlər
SON XƏBƏRLƏR