Müəllimlər üçün ixtisasartırma kursları təşkil olundu

img

31-08-2015 [23:46]


Sumqayıt şəhərində Təhsil Nazirliyi "Universal" Əlavə Təhsil Mərkəzi ilə birgə müəllimlər üçün ixtisasartırma kursları təşkil edib.

Avqust ayının 24-dən Sentyabr ayının 4-nə qədər Sumqayıt şəhər təhsil işçilərinin Ümumi Orta Təhsil Səviyyəsi üzrə Yeni Fənn Kurikulumlarının tətbiqi mövzusunda müdavimlər üçün fənnlər üzrə təlim kursları keçirilir. Təlimin keçirilməsində Musayeva Cahan Cabbar qızının "Müasir kurikulumlar və yeni təlim strategiyaları" mövzusundaki dərsləri müəllimlər tərəfindən maraqla mənimsənilir. Keçirildiyi 10 gün müddətində təlimdə iştirak etmiş müəllimlərə təlimi müvəffəqiyyətlə bitirdikləri haqda sertifikatlar təqdim olunacaq

Sübhan Arifoğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR