Daxili İşlər Nazirliyi Suraxanıdakı qətllə bağlı məlumat yaydı

img

31-08-2015 [14:06]


Daxili İşlər Nazirliyi Bakının Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Mia.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini İbrahim Dadaşov münaqişə zəminində həmyerliləri Elşən İsrafilova və onun qardaşı Elçinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Elşən orada ölüb.

İ.Dadaşov könüllü olaraq 31-ci PB-yə gələrək istintaqa təslim olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR