Azərbaycanlı gəmi kapitanı həbs edildi

img

27-08-2015 [15:56]


Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yerləşən "İntermarin Sharjah LTD” adlı şirkətdə çalışan azərbaycanlı gəmi kapitanı Səyyar Quliyev həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı ATV.az-a onu tanıyan başqa bir azərbaycanlı kapitan verib. O qeyd edib ki, Səyyar Quliyev Fars körfəzində üzən, şirkətə məxsus "MV İnterservis” gəmisində kapitan işləyir və bir neçə müddət əvvəl ürəyində cərrahiyyə əməliyyatı keçirilib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik və bu barədə onlara məlumat verdik. Nazırliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügüdən insidenti araşdırdıqdan sonra, hadisənin doğruluğunu təsdiqlədi və bildirdi ki, kapitanı həbs etdirən çalışdığı şirkətdir: "Səyyar Quliyev kapitanı olduğu gəmidə oğurluq hadisələri və itkilər olub. Bu səbəblə də şirkət onu həbs etdirib. Hələ ki, məhkəmə prossesi davam edir. Məsələ ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliyində yerləşən səfirliyi məşğul olur.”.


Digər xəbərlər
SON XƏBƏRLƏR