Cüdo millimizin dünya çempionatında fiaskosu davam edir

img

26-08-2015 [14:47]


Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin fiaskosu davam edir.


"Qafqazinfo” xəbər verir ki, 73 kq çəki dərəcəsində millimizi təmsil edən Hüseyn Rəhimli da bundan əvvəlki komanda yoldaşları kimi mundialı mükafatsız başa vurub.

1/64 finaldan mübarizəyə start verən Rəhimli ilk görüşdə latviyalı Dmitri Fedoseyenkov, növbəti qarşılaşmada əfqanıstanlı Reşaf Mor Aryanı məğlub edib. Lakin idmançımız 1/16 finalada sloveniyalı Rok Draksiçə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxaəlizadə və Hidayət Heydərov da mundialı mükafatsız başa vurmuşdu. Digər təmsilçilərimiz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) hələ mübarizəyə qoşulmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR