Nadir Qafarzadənin vəzifə yalanı üzə çıxdı

img

26-08-2015 [14:06]


Müğənni Nadir Qafarzadə Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunmayıb. Bu barədə aznews.az-a Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov məlumat verib. Onun sözlərinə görə, N. Qafarzadəni işgüzar müsahibəyə çağırıblar, lakin direktor təyin edilməsi ilə bağlı xəbər yalandır: "Nadir Qafarzadə bizə müraciət etmişdi. Biz də dəvət etdik. Söhbət etdik. Mədəniyyət klublarında hansında boş yer olsa onu həmin yerə direktor, yaxud adi işçi kimi götürə bilərik. Razılaşdıq ki, Nadir Qafarzadə kəndlərdə də - Qobuda, Hökməlidə konsertlər verə bilər”. İ. Manafov bildirib ki, hazırda Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktor postu boşdur. Həmin vəzifəni hazırda müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxs icra edir. Qeyd edək ki,müğənniaxşam.az-a açıqlamasıda Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət Sarayının direktoru vəzifəsinə təyin olunduğunu bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR